Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır. Nə qədər gülməli səslənsə də, Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq, artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi”.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.
Oxşar Xəbərlər
- QHT Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində növbəti görüşlər keçirilib
- Azərbaycan Prezidenti: “Biz öz dədə-baba torpaqlarımıza Ermənistan faşizminin başını əzərək, şəhidlərimizin qanını alaraq qayıtdıq”
- TAİB nümayəndələri Türk Dünyası Parlamentlər Vakfını ziyarət ediblər – QHT sektoru ilə bağlı müzakirələr aparılıb – Fotolar