TAİB- in Gənclər Təşkilatının sədr müavini Qədir Quliyev on mininci redaktəsini edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB- in Gənclər Təşkilatının sədr müavini, Qarabağ müharibəsinin qazisi, Qorqud Vikipediya Metodik Klubunun eksperti Qədir Quliyev on mininci redaktəsini edib


Qədir Quliyev Vətən müharibəsinin aktiv iştirakçısı olub. Zəngilan rayonunda Ağbənd istiqamətində gedən döyüşlərdə yaralanır. O yaralı vəziyyətdə döyüşü davam etdirir və mühim strateji yüksəklikliyin azad olunmasında və düşmən mühasirəsindən çıxmağa nail olur. Yaralı və şəhid döyüş yoldaşlarının qaynar atış məsafəsindən çıxarılmasına köməklik edir. Cənab Prezident tərəfindən 25 dekabr 2020-ci il tarixində “Zəngilanın azad olunmasına görə” medalı, 26 noyabr 2020-ci ildə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Qədir Quliyev müharibədən sonra yenədə dövlətini xalqına xidmət etmək və düşmənə qarşı döyüşmək üçün informasiya müharibəsinə qoşulur.
O Vikipediya üzrə mütəxəssis Sübhan Xıdırzadədən Vikipediyanın sirrlərini öyrənir. Qısa zamanda kodlaşdırılmanı mənimsəyərək 50 ən aktiv redaktordan biri olur. Qədir Quliyev öz bilik və bacarıqlarını digər gənclərə öyrətmək və Vikipediya hərəkatını daha da inkişaf etdirmək üçün təlimlər keçir. Yüzlərlə vikipediyaçının yetişməsində bir-başa rol oynayır. Düşməni həm döyüş meydanında həm də informasiya savaşında darmadağın edən, hər iki müharibənin qəhramanı Qədir Quliyev on mininci redaktəsini edərək AzVikinin bürünc medalı ilə təltif olunub.

Bu münasibətlə TAİB ailəsi olaraq Qədir Quliyevi təbrik edirik və ona fəaliyyətində uğurlar arzulayırıq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR