Tanınmış elm adamı, professor Rauf Sultanov TAİB-in üzvlüyünə qəbul edilib – FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tanınmış elm adamı, nüfuzlu ağsaqqal, biologiya elmləri doktoru, 3 ixtirası, 350-dən çox elmi əsəri olan, professor Rauf Sultanov TAİB-in üzvlüyünə qəbul edilib

Bu gün tanınmış elm adamı Rauf Sultanov Türk Ağsaqqalları Birliyinin qonağı olub.

İdarə heyətinin üzvləri Eyvaz Hünbətov, Elnur Eltürk, Nüsrət Paşayev, Akif Rufullayev, Şərafət Şəfa, Zaməddin Həmişəyev tərəfindən qarşılanan qonaq əvəlcə təşkilatın ofisi ilə tanış olub.

Dəyirmi masa ətrafında keçən görüşdə Rauf Sultanov təşkilat barədə məlumatı mətbuatdan və türk dünyasından olan dostlarından aldığını deyib. O, qeyd edib ki, Azərbaycanda belə bir təşkilatın yaradılmasından fərəh duyub. Ona görə də təşkilat üzvləri ilə əlaqə saxlayaraq üzv olmaq istədiyini bildirib.

TAİB üzvləri də öz növbələrində təşkilatın məqsəd-məramından söz açaraq, bir il müddətində görülən işlərdən, məhsuldar görüşlərdən bəhs ediblər.

Lazımi sənədləri təqdim edən, üzvlük anketini dolduran professor təşkilatın rəsmi orqanı olan ” Türk Dünyası Ağsaqqalları” qəzeti ilə də tanış olub.

Qeyd edək ki, Rauf Sultanov Təhsil Nazirliyinin və ADPU-nun ictimai-siyasi işlərində fəal istirak edib. AMEA-nin Zoologiya İnstitutu nəzdində dissertasiya şurasının, Azərbaycan Respublikasi Təhsil Nazirliyinin Elmi Metodiki Şurasinin Biologiya bölməsinin “İlin ən yaxşı müəllimi” müsabiqəsinin sədri, AMEA-nin tərkib hissəsində fəaliyyət göstərən Koordinasiya Şurasının elmi katibi və üzvü, Respublika Zoologiya Cəmiyyətinin və Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü və onun təftiş komissiyasının sədridir. 2010-2011-ci il tədris ilində ADPU -nun müsabiqəsi əsasında “İlin adami” adına layiq görülüb. Respublika təhsil sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR