“Prezidentin Qarabağa hər səfəri xalqımızda böyük ruh yüksəkliyi yaradır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Prezident İlham Əliyevin işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfərləri davam edir. İlham Əliyevin  işğaldan azad olumuş ərazilərə mütəmadi səfərləri onun verdiyi vədlərə sədaqətinin göstəricisidir. Ölkə başçısı Qarabağın sürətli bərpasına, yurd-yuvasından didərgin düşmüş vətəndaşların evlərinə tez bir zamanda qayıtmasına böyük önəm verir. Prezidentin azad olunmuş ərazilələrlə bağlı prioritetlərindən biri budur. Bu səbəbdən vaxtarışı olaraq azad olunmuş ərazilərə səfərlər edir və görülən işlərlə maraqlanır. Azərbaycan Prezidentinin siyasi iradəsi, verdiyi vədlərə sədaqəti, işğaldan azad olunmuş ərazilərin tez bir zamanda dirçəldiləcəyinə, dinamiki inkişafına və sürətli məskunlaşmanın aparılacağına böyük ümidlər yaradır”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov ölkə başçısının işğaldan azad olunmuş ərazilərə səfəri barədə danışarkən deyib.

YAP rəsmisi ölkə başçısı İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərlərinin Azərbaycan xalqında ruh yüksəkliyi yaratdığını bildirib: 
“Cənab Prezident bu günə qədər Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Hadrud və Laçın rayonlarında səfərdə olub. Ölkə başçısının işğaldan azad olunmuş ərazilərə hər bir səfəri fərqli ab-havada keçir və səmimi görüntülərlə yadda qalır.  Səfərlərin hər biri Azərbaycan xalqına böyük ruh yüksəkliyi verir. Vətəndaşlarımız Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın səmimiyyətini və sadələyini xoş qarşılayırlar. İnsanlarımız onları özlərinə doğma bilirlər”.

Ölkə başçısının işğaldan azad olunmuş ərazilərə səfərinin siyasi önəmindən danışan Ramin Əhmədov bildirib ki, mütəmadi səfərlər həm də Ermənistandakı revanşist qüvvələrə ciddi mesajdır: “Ermənistandakı bəzi qüvvələr hələ də xəyallarla yaşayır. Onlar müharibə ritorikasını dəyişmir, bölgədə sülhün və sabitliyin hökm sürməsini istəmirlər. Həmin qüvvələrin arzusu yalnız qan tökmək və düşmənçiliyi, qisasçılığı  sonsuza qədər davam etdirməkdir. İlham Əliyev isə həm əməldə, həm də sözdə bölgəmizdə sülhün tərəfdarı olduğunu dəfələrlə sübut edib. Prezidentin işğal altında olan ərazilərə davamlı səfərləri, görülən işlərlə yaxından tanış olması Qarabağ regionunda daimi sülhün olacağına, bu regionun bütün sahələr üzrə inkişaf edəcəyinə əminlik yaradır. Ermənistandakı qüvvələrə mesaj verilir ki, dağıtdığınız, viran qoyduğunuz Qarabağ bərpa edilir. Artıq Qarabağda müharibə dövrü geridə qalıb. İndi əməkdaşlığın və sülhün əbədi olaraq bərqərar olması üçün zəruri addımların atılması mərəhələsinə qədəm qoyulub. Bu sülhün və sabitliyin yaradıcısı və təminatçısı isə sözssüz ki, Azərbaycan Prezidenti İlham Əliyevdir”.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR