" />

TAİB-in İdarə Heyətinin üzvü, türk dünyasının tanınmış yazarı Şəmsəddin Kuzəçi Bakıda səfərdədir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in İdarə Heyətinin üzvü, türk dünyasının tanınmış yazarı, “Kərkük” qəzetinin baş redaktoru Şəmsəddin Kuzəçi Bakıda səfərdədir.

Nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalının 50 illik yubileyi münasibətilə təşrif buyuran qonaq bu gün Muğam Mərkəzində keçirilən tədbirin də iştirakçısıdır.

Bu günlərdə Şəmsəttin Kuzəçinin TAİB-in mərkəzi ofisində görüşü olacaq. Qeyd edək ki, ədib Türk Ağsaqqalları Birliyi-TAİB-in ilk üzvlərindən biridir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR