İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alverçisini həbs etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi qadınları Dubaya satmağa aparan Bakı şəhər sakinini həbs edib.

KANAL 5-in əldə etdiyi məlumata  görə  Bakı şəhər  sakini Əhmədzadə Xatirə Tahir qızının  Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoyması faxtı  DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaqın baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi  Telman Hüseynovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Əhmədzadə Xatirə Tahir qızı  Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü  maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il  6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR