Təhsil Nazirliyi məktəblərin açılması ilə bağlı məlumat yayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunur.

Bu gündən etibarən məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi formada təşkil olunacaq.

İbtidai siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa ediləcək. Bu siniflər üzrə 628 651 şagird əyani olaraq tədrisə davam edəcək. Məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq tədrisi ənənəvi olaraq davam etdirəcək.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənəcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR