" />

İsa Əhmədov:”Baş redaktor Ramin Əhmədov hər zaman bölgələrə də məxsusi diqqət yetirib”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Hörmətli redaksiya və əziz qəzet kollektivi!

Sizin uzunmüddətli fəaliyyət dövrünüzdə sərgilədiyiniz diqqət, operativlik peşəkarlığınızdan xəbər verir. Hər zaman zənglərimizə verilən mehriban cavablar, diqqətiniz, göndərdiyimiz yazıların tezliklə qəzetdə yer alması həm müəlliflərin, həm də biz şura üzvlərinin əhvalına xoş təsir edir. Son zamanlar isə güclü iş rejimində işləməyiniz, koronavirusun bizə “töhfə” verdiyi karantində təkcə Bakıda deyil, rayonlarda da imkansızlara uzatdığınz yardım əli dövlətimizi, millətimizi ürəkdən, candan sevməyinizin bariz nümunəsidir. Baş redaktor Ramin Əhmədov hər zaman bölgələrə də məxsusi diqqət yetirib. Bu dəfə də biz onun diqqət və qayğısını bir daha hiss etdik.
Əziz kollektiv, biz sizə, başda baş rekdaktor Ramin Əhmədov olmaqla, bizimlə daim mehriban ünsiyyətdə olan baş redaktor müavini Şərafət Şəfaya və redaksiya heyətinə öz dərin minnətdarlığımızı bildiririk! Allah sizi var eləsin!
Sizə can sağlığı və daim uğur arzulayırıq!
“Biz birlikdə güclüyük!”
Hörmətlə,
Zaqatala Ağsaqqallar Şurasının üzvləri adından şura sədri İsa Əhmədov”. 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR