" />

“Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi tərəfindən “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihənin icrasına başlanılıb.

Layihənin məqsədi qədim tarix və mədəniyyətimiz, dövlətçilik ənənələrimiz üzərində formalaşan dəyərlərin qorunmasına dəstək vermək, gənc nəslə Azərbaycançılıq ideologiyasını təbliğ etməklə vətənpərvərlik hissini yüksəltməkdir. Həmçinin məqsəd məktəbliləri yeniyetmə ikən Vətənin təbliği və milli maraqların müdafiəsi üçün ictimai fəaliyyətə yönləndirməkdir. Layihə çərçivəsində Bakıda və Qaxda müxtəlif maarifləndirici tədbirlər təşkil olunacaq və mətbuatda yazılar veriləcək.

Tədbirlərdə mövzu ilə bağlı mövcud problemlər və hərbi vətənpərvərlik hissinin aşılanmasında sistemli yanaşma ortaya qoyulacaq, gənclərə yad ideologiyaların mənfi tərəfləri barəsində məlumat veriləcək. Həmçinin könüllü şagirdlərdən ibarət “Azərbaycançılıq qrupu” yaradılacaq.

Bununla yanaşı, layihə çərçivəsində yayımlanan yazılarda oxuculara azərbaycançılıq ideologiyası, eləcə də vətənpərvərlik hissi aşılanacaq.

Qeyd edək ki, 4 aylıq layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR