Smartfon biometrik skaner olacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yahoo Labs şirkətinin tədqiqat qrupu smartfon sahibləri üçün standart autentifikasiya üsulunun alternativini hazırlayıb. Tezliklə mobil qurğu sahibləri öz hesablarına təkcə barmaq izləri ilə deyil, həm də digər unikal biometrik vasitələrlə daxil ola biləcəklər.

Şəxsiyyəti təsdiqetmə üsullarından biri qulaq seyvanının skan edilməsi olacaq. Bu proseduru müasir mobil telefonun sensorlu ekranı yetirə biləcək.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, biometrik sistem Bodyprint adlanır. İş üçün standart ölçülü ekran tələb olunur. Smartfon displeylərinin xüsusi ötürücülərlə müqayisədə aşağı təsvir ölçüsünə malik olmasına görə sistem bədənin barmaq izlərindən daha böyük hissələrini dəqiq tanıya bilir.

Sistem insanı qulağına, yumruğuna, barmaq falanqasına, ovuca və s. görə müəyyənləşdirməyi bacarır. Smartfon istifadəçisi mümkün mühafizə sistemlərindən birini özü seçir.

Bundan başqa, skanerin əlavə funksiyalarından istifadə etmək olar. Məsələn, telefondan yalnız qulağın skan edilməsindən və qurğu sahibinin autentifikasiyasından sonra istifadəni proqramlaşdırmaq olar.

Biometrik identifikasiyanın dəqiqliyi 99,98 faiz təşkil edir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR