Türkmənbaşıda Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammiti keçiriləcək
Bu il dekabrın əvvəlinə nəzərdə tutulan Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammitinin Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında keçirilməsi planlaşdırılır.
Agsaqqallar.com “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.
Qeyd edək ki, ötən gün Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib.
Oxşar Xəbərlər
- Zəfər paradında Azərbaycanın qələbə əzminin nümayişi
- “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı”nın icrası isə azad olunmuş ərazilərin bərpasına böyük töhfələr verəcək
- Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir.