Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb
Daxili işlər orqanlarında çalışan şəxslərin COVID-19 virusuna qarşı vaksinasiyasına başlanılıb.
Ötən gündən başlayaraq polis əməkdaşlarına koronavirus əleyhinə peyvənd vurulur.
İlkin olaraq vətəndaşlarla daha çox təmas halında olan xidmət sahələrində çalışan polislər, Çevik Polis Alayının (ÇPA) əməkdaşları vaksinasiya olunur.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb.
Oxşar Xəbərlər
- Yəhya Ağayev:”Veteranlar Təşkilatının bütün üzvləri səfərbərdilər”
- Ramin Əhmədov: “Bu gün əldə etdiyimiz uğurlar İlham Əliyevin çoxşaxəli Qarabağ konsepsiyası və milli maraqlara söykənən siyasətinin nəticəsidir”
- Normalar elə tələblərdir ki, onlar cəmiyyətdə özünü düzgün aparmaq üçün nə etmək lazım olduğunu diktə edir