Yaponiya Azərbaycana 2 milyon dollarlıq yardım ayırıb
Yaponiya Azərbaycana 2 milyon ABŞ dollarına yaxın qrant yardım ayırıb.
İcbari Tibbi Sığorta Agentliyindən verilən məlumata əsasən, Yaponiya hökuməti Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayırıb.
Yardımın ayrılmasında əsas məqsəd tibb müəssisələrini tibbi avadanlıqlarla təmin etmək və COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq, eləcə də, səhiyyə sisteminə lazımi dəstək göstərməkdən ibarətdir.
“Yaponiya Hökumətinin İqtisadi və Sosial İnkişaf Proqramı” çərçivəsində Yaponiya hökuməti tərəfindən ayrılan qrant barədə Notalar Mübadiləsi sənədlərinin imzalanması mərasimi keçirilib.
Sənədləri Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev imzalayıb.
Səfir Vada Cüniçi bildirib ki, bu yardım vasitəsilə Azərbaycana kompüter tomoqrafiyası, portativ rentgen, portativ ultrasəs müayinəsi üçün tibbi avadanlıqların verilməsi nəzərdə tutulur.
Oxşar Xəbərlər
- Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə YAP Yevlax Rayon Təşkilatı yekun bayram tədbiri təşkil etdi
- “Özbəkistan-Azərbaycan: qardaş xalqlar arasında mədəni-mənəvi əməkdaşlığın tarixi aspekti” mövzusunda monoqrafiya çap olunub
- İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edir – FOTO