" />

TAİB İdarə Heyətindən İstanbuldakı terrorla əlaqədar başsağlığı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Terror aktını Türkiyəni hədəflərindən yayındırmaq məqsədi daşıyan məkrli planın tərkib hissəsi kimi qiymətləndiririk”

Bu gün İstanbulun mərkəzində – İstiqlal küçəsində baş vermiş terror hadisəsinə görə dərin üzüntü keçirdik. 6 nəfərin həlak olması, 58 nəfərin isə yaralanması ilə nəticələnmiş terror aktını Türkiyənin dünya siyasətində malik olduğu mövqeləri zəiflətmək, sayğıdəyər Rəcəb Tayyib Ərdoğanı öz hədəflərindən yayındırmaq məqsədinə hesablanmış məkrli planın tərkib hissəsi kimi qiymətləndiririk.
Baş vermiş qanlı hadisə ilə əlaqədar TAİB üzvləri adından qardaş Türkiyə xalqına başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik.

Türk Ağsaqqalları Birliyi – TAİB- in İdarə Heyəti

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR