Ərəb mediasında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş geniş məqalə dərc edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Misir, Mərakeş, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya, Suriya, Livan və İraqın qəzet və portallarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş geniş məqaləsi dərc edilib.

Agsaqqallar.com xəbər verir ki, “Rayetmısr”, “Əxbar Əl Youm”, “Journal Asvat”, “Nayrouz”, “Qarb”, “Alnuhud”, “Alrayes” və digər qəzet və portallarda dərc olunmuş məqalədə müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun həyata keçirdiyi islahatlardan ətraflı bəhs olunur. Müəllif qeyd edib ki, cəmi iki il ərzində müstəqil dövlətin ordusu, mərkəzi bankı yaradılıb, pul vahidi dövriyyəyə buraxılıb. 1920-ci ilin aprelində bolşevik qoşunlarının müdaxiləsi, o cümlədən onlara yardım edərək Azərbaycanda qırğınlar törədən erməni daşnak quldur dəstələrinin vəhşilikləri böyük faciələrlə səbəb olub. Həmin dövrdə xalqımız düşmən işğalına qarşı mübarizə aparıb. Buna misal olaraq, Azərbaycanın cənub bölgəsində Şeyx Şüayeb Xəlifə Nəsir oğlunun bolşeviklərə qarşı müqavimət hərəkatını göstərmək olar. Onun arxivdə saxlanılan məktubunda xalqın işğalçılara qarşı boyun əyməyəcəyi barədə çağırışlar öz əksini tapıb.
Məqalədə tarixi faktlar əsasında işğalçı ingilis qüvvələrinin əlində alət olan ermənilərin 1919-cu ildə Misirdə törətdikləri vəhşiliklər, misirli inqilabçı vətənpərvərləri qətlə yetirmələri barədə məlumat da təqdim olunub. Müəllif qeyd edib ki, Şeyx Əbdül Vahab Əl Nəccarın xatirələrində “Qırmızı gün” adlanan həmin qanlı hadisələr öz əksini tapıb.
Məqalədə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğalı olunması, dinc azərbaycanlılara qarşı törədilən soyqırımı və qırğınlar, 30 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazilərimizin azad edilməsi barədə də məlumat verilib. Müəllif vurğulayıb ki, barbar ermənilər Azərbaycan şəhərlərini viran qoyub və onların bir çoxu atom bombası zərbəsində məruz qalmış Xirosima və Naqasakini xatırladır. Yazıda diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin nəzarəti altında bu şəhərlərin bərpası və yenidən qurulması işləri uğurla davam edir, tarixi irs abidələri əvvəlki görkəminə qaytarılır. Eyni zamanda, qüdrətli və qalib dövlət olan Azərbaycan regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir.
Ölkəmizin ərəb dünyası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edən müəllif, son illərdə ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdiyini qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR