Qalib ordu yaradan Müzəffər Ali Baş Komandan..

Yazı fontunu küçültür Yazı fontunu büyütür

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Biləsuvar şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası İlqar Astanov, təşviqat qrupunun üzvləri Murtəza Həsənoğlu, Fikrət Cahangirov, Zakir Şahbazov və Adil Əhmədov çıxış ediblər.  Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti dövründə qazanılan tarixi nailiyyətlərdən, Zəfərlərdən bəhs edilib. Bildirilib ki, bu gün Azərbaycanın dünyada artan nüfuzu Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub.

Natiqlər seçiciləri son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR