Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın xarici işlər nazirinin müavini ilə görüşüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilatın baş qərargahında Qazaxıstanın xarici işlər nazirinin müavini Kanat Tumışla görüşüb.

Ağsaqqallar.com xəbər verir ki, Günay Əfəndiyeva Qazaxıstanda bu gün qeyd olunan Təşəkkür Günü münasibətilə qonağı təbrik edib.
Görüş zamanı Günay Əfəndiyeva Fondun fəaliyyətindən, türk xalqlarının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən və gələcəkdə nəzərdə tutulan tədbirlərdən söz açıb. Fondun prezidenti türk dünyasının qədim irsinin beynəlxalq aləmdə təbliği ilə bağlı birgə layihələrin görülməsinin əhəmiyyətindən bəhs edib.
Qazaxıstanın xarici işlər nazirinin müavini Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən görülən işləri yüksək qiymətləndirərək, təşkilatın türk ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi töhfələr verdiyini vurğulayıb. O, eyni zamanda, Qazaxıstanın Fond tərəfindən keçirilən layihələrə hərtərəfli dəstək verəcəyini bildirib.
Görüşdə Fondun fəaliyyət göstərdiyi illər ərzində yalnız türk dövlətləri ilə deyil, digər ölkələrlə də tərəfdaşlıq münasibətlərinin mövcudluğu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın önəmi qeyd edilib. Tərəflər bu il Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının X Zirvə Görüşünün türk dövlətlərinin inteqrasiyası üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Eyni zamanda, bu il Azərbaycanın və bütövlükdə türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyi, Türk təsəvvüfünün banisi Əhməd Xoca Yasəvinin 930 illiyi, məşhur türk hökmdarı Sultan Beybarsın 800 illiyi kimi əlamətdar tarixlərin türk dünyasında təntənə ilə qeyd edildiyi vurğulanıb.
Görüşdə Qazaxıstanla təşkilata üzv və müşahidəçi ölkələrin mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR