“Böyük qürur hissi ilə seçki gününün gözləyirik və bütün gücümüzlə prezidentimizin yanındayıq”-Eyvaz Hünbətov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Müstəqillikdən sonra ilk dəfə olaraq ölkənin bütün ərazisində seçiki keçiriləcək. Təsadüfi deyil ki, ictimaiyət bu seçkini “Zəfər seçkisi” adlandırdı. Bəli, biz ilk dəfə olaraq 7 fevral 2024-cü ildə ərazi bütövlüyümüzdə seçki keçirəcəyik. Bu gün Qarabağda aparılan böyük quruculuq işlərinin, iqtisadi inkişafımızın davamı, beynəlxalq arenadakı mövqelərimizin daha da güclənməsi məhz bu seşkidən asılı olacaq”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in sədr müavini, Turan Elmlər Akademiyasının professoru Eyvaz Hünbətov deyib.
O, bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq seçki məntəqələrində 20 min seçici səsvermədə iştirak edə biləcək: “Nə gözəl bir mənzərədir. Doğma Xankəndi şəhərində seçki məntəqəsi yaradılacaq, insanlar öz yurdlarında böyük həvəslə səs verməyə gələcəklər. Verilən məlumata görə, işğaldan azad edilən rayonları əhatə edən 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılacaq. Baxın! Möhtərəm prezidentimiz verdiyi sözə əməl etdi! “Nəyi necə nə vaxt eləmək lazımdır, mən bilirəm”-deyən Dövlət başçımız növbəti dəfə sübut etdi ki, o, hər şeyi hamıdan yaxşı bilir”,- deyə TAİB sədrinin müavini qeyd edib.
“Cənab İlham Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanın nüfuzu beynəlxalq arenada müstəqil dövlət kimi çox artdı. İstər dövlət, istər ordu quruculuğundakı nailiyyətlər, iqtisadi-siyasi, mədəni, sosial sahələrdəki güclü inkişaf , əldə edilmiş böyük uğurlar və son illərdə qazandığımız parlaq Zəfər gələcəyimizin təminatçısı oldu! Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar cənab İlham Əliyevin namizədliyi barədə qərar bütövlükdə Azərbaycan xalqının iradəsini təcəssüm etdirir. Biz TAİB agsaqqalları hər zaman olduğu kimi yenə də möhtərəm prezidentimizin yanındayıq, seçkilərdə də aktiv iştirak edəcəyik. Bununla bağlı hörmətli sədrimiz, akademik Sudeyif İmamverdiyevin TAİB üzvlərinə ünvanlanmış çağırışı da var ” -deyə, E. Hünbətov vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR