Petru Luçinski: Heydər Əliyev Azərbaycan üçün zəngin irs qoyub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Vaxtilə Sovet İttifaqının rəhbəri Leonid Brejnevin ölkəniz haqqında dediyi “Azərbaycan iri addımlarla irəliləyir” sözləri indi də öz aktuallığını saxlayır. Azərbaycanın bugünkü inkişaf strategiyasının əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Mən bu böyük insanla 1970-ci illərdə tanış oldum. Tanışlığımız sonra möhkəm dostluğa çevrildi. Heydər Əliyev fenomen idi. O, Azərbaycan üçün zəngin irs qoyub.

Bu fikirləri Moldovanın sabiq Prezidenti Petru Luçinski Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə martın 12-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə AZƏRTAC-a açıqlamasında söyləyib.
Petru Luçinski bildirib ki, Azərbaycan keçmiş sovet respublikaları arasında ən çox inkişaf edən ölkədir. Bunu bütün nöqteyi-nəzərdən demək mümkündür. Əlbəttə ki, çətinliklər, sıxıntılar həmişə olub və olacaq. Amma Azərbaycan bütün çətinliklərin öhdəsindən gələrək irəliyə doğru addımlamaqda davam edir.
“Mən də daxil olmaqla bütün həmkarlar Heydər Əliyevin iti zəkasına, təfəkkürünə, uzaqgörən fikirlərinə heyran idik. O, daim gələcək haqqında düşünürdü, sabah üçün həmişə hazır strategiyası vardı. Onun layiqli varisi Prezident İlham Əliyev müdrik və sülhsevər siyasət yürüdür. Cənubi Qafqaz regionu həmişə çətin bölgə olub, indi də belədir. Azərbaycan regionda sülhün təminatı üçün ciddi səylər göstərir. Bu, təqdirəlayiqdir”, – deyə Moldovanın sabiq Prezidenti bildirib.
Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrdən danışan Petru Luçinski Azərbaycanın Moldova ilə birgə layihələrini də qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR