TAİB-in Təşkilat Komitəsinin üzvü İqdırda səfərdə olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi-TAİB-in Təşkilat Komitəsinin üzvü Elnur Elturk bayram ərəfəsində Türkiyənin İqdır vilayətində səfərdə olub.
İqdırda TÜRKAV İqdır şöbə başqanı Kurban Parlar, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal, Milliyyətçi Hərəkat Partiyasının İqdırdan seçilən millət vəkili Yaşar Qaradağla görüşən qonaq öncə Yaşar bəyə Azərbaycanda yaranan Türk Ağsaqqalları Birliyinin fəaliyyəti haqqında geniş danışıb. Sonra isə mayın 4-6-da TAİB və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, “Heydər Əliyev və Türk dünyası” mövzusunda elmi-praktik konfrans haqqında məlumat verib.
Qeyd edək ki, TAİB ötən ilin dekabr ayında da İqdır-Aralıqda eyniadlı konfranslar keçirmişdir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR