Tacir Səmimi:”ƏNVƏRİN KÖNÜL DÜNYASINDAN”
İnsan ömrü azdı, üstəlik də illər necə keçib gedir, heç kəsin xəbəri olımur. Bu vaxtdan, zamandan səmərəli istifadə edənin xoş halına. Yəni adam ürəyindən keçənləri, hisslərini, duyğularını, düşüncələrini sözə çevirə bilirsə, yazıya gətirirdə, bu, onun xoşbəxtliyidir, az-çox izidir – mən belə düşünürəm. Sözümün əvvəlinə qayıdıram. Bəli, insan
ömrü qısadır. Bu ömürdə tələbəlik illəri də öz əksini qoyub. Xatirələrdə, xoş düşüncələrdə… həm də gənclik aləmində…
…Uzun müddətdən sonra, yəni 39 ildən sonra tələbə yoldaşlarımla Bakı şəhərində
görüşdüm. Cəmi on beş-on altı nəfər bir yerə toplanmışdı.
…Ənvərlə də görüşdüm, Əhmədov Ənvər İstafil oğlu ilə. Baxdım dostum çox təsirlənib. Həm sevinir, həm qəhərlənir. Ara xəlvət olan kimi bir guşəyə çəkildik. Sən demə,
dostum da mənim məqsədimi başa düşübmüş. Bir tərəfdə əyləşib söz başladı:
– Səni nə maraqlandırır?
– Ənvər, sənin maraqlı xasiyyətin var. Nədənsə həmişə az danışırsan. Hərəkətlərindən hiss olunur ki, həm də utanır, çəkinirsən. Mənə elə gəlir sənin danışacağın
mövzular var. Nədən başlayacaqsan özün seç.
– Mən əslən Kolanı tayfasındanam. Salyanın Qaraçala qəsəbəsində yaşayıram.
Dədə-babalarımız heyvandarlıqla məşğul olublar, köçəri həyat keçiriblər, tərəkəmə
həyatı. Onların köçləri uzun bir yol keçib. Yəni Türkiyə, İrəvan quberniyası, Naxçıvan,
Qarabağ, Şirvan ərazilərinə qədər… Bu barədə tanınmış alimlərin (Mirzə Adıgözəlov,
Abbasqulu ağa Bakıxanov, Rəmzi Yüzbaşov, Nizami Xudiyev, Qiyasəddin Qeybullayev
və b.) maraqlı tədqiqatları var. Bu barədə ətraflı bilgi verirlər.
Tarixdən məlumdur ki, XV-XVI yüzilliklərdə kolanılar İranın Xorasan ərazisindən
Anadoluya, oradan da Naxçıvana, İrəvana, Qarabağa köç etmişlər. Təbii ki, kolanılar Nadir şah Əfşar tərəfindən Xorasandan Qarabağa, Şirvana, eləcə də Naxçıvana köçürülmüş-
lər. Bir sıra yer-yurd adlarında da “kolanı” sözü işlənməkdədir. Məsələn, Kolanı dərəsi,
Kolanı qışlağı, Kolanı kahası və s. Şamaxı ərazisindəki kolanılar dağ kolanılar kimi tanı-
nırlar. Bir sözlə, bu tayfanın nümayəndələri Salyan, Şirvan, Sabirabad, Hacıqabul və digər rayonlarda məskunlaşmışlar. Köçərilikdən oturaq həyata keçmiş, heyvandarlıq və
əkinçiliklə məşğul olurlar.
– Ənvər, söhbətindən də, hərəkətlərindən də hiss olunur yazı-pozu adamısan.
Bu haqda nə deyə bilərsən?
– Hə, yazı-pozum var, amma onları çap etdirməmişəm… Müəyyən səbəblər olub.
ailə qayğıları, məişət… Vaxt olmayıb.
– Sirr deyilsə bu yazılar haqqında nə deyə bilərsən?
– “Könlümün dövlət quşu” – bunu istiqlal şairimiz, repressiya qurbanı Əhməd Cavada həsr etmişəm. “Tarixi xəyanət, tarixi xidmət” (Mirzə Şəfi Vazehlə bağlıdır), “Sirr
içində dastan” (“Kitabi-Dədə Qorqud”la əlaqədar yazmışam), “Məmləkət yanğısı” (Nazim Hikmətlə əlaqədar yazılıb)… Bunlardan əlavə “Qara dastan”, “Nizamidə türkçülük”
və başqa yazılarım var.
– Bu “başqaları” hansılardır?
– “Şərqin məna dənizi”. Şəms Təbrizi haqqındadır. Biri də var “Əbdülqadir Marağayi haqqında”.
1
– Deyəsən, sənin könül dünyanın kitabını bir az vərəqlədik.
– Deyəsən…
Bəli, Ənvərin könül dünyasının ancaq bir neçə səhifəsini vərəqlədim. Mənə çox
maraqlı gəldi. Axıra qədər oxumaq istədim – bu yazı yarandı. Bir də xatırladım ki, bu
gün, yəni avqustun 5-i tələbə dostumun ad günüdür. Onu bu münasibətlə təbrik edir, ona
can sağlığı, uzun ömür arzu edirəm.
Tacir SƏMİMİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent
2