" />

“Belə bir çətin gündə Azərbaycan Türkiyənin yanındadır” – Ərdoğan

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“İndi çətin gündə də Azərbaycan Türkiyənin yanındadır”.

Agsaqqallar.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazintep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşdə deyib.

Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən dövlət başçısı Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib.

“Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!” – R.T.Ərdoğan söyləyib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR