9 noyabr Dövlət Bayrağı Günüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir

1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Xalq Cümhuriyyətinin bayrağı, ilk dəfə rəsmi olaraq, salona gətirildi və Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət Bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan edən Azərbaycan Respublikası özünü Azərbaycan Demokratik Cümhuriyyətinin varisi elan edərək, onun dövlət rəzmlərini, eləcə də, bayrağını qəbul etdi. Hər bir azərbaycanlı milli həmrəyliyin ifadəsi olaraq, bu bayraq ətrafında sıx birləşdi.
Qüdrətli və güclü dövlətə çevrilən Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsidir. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın görüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs bir vəzifəni – Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazıb, Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut edib, Ermənistanı diz çökdürüb, onu kapitulyasiya aktına imza atmağa məcbur edib. Qələbə, Zəfər işığına bürünən Azərbaycan öz əziz bayramını – Dövlət Bayrağı Gününü yüksək nailiyyətlərlə qeyd edir. Bu bayram gününün yaratdığı xoş ovqata bürünərək iftixar hissi keçiririk ki, dövlət bayrağımız dünya azərbaycanlılarını bir amal uğrunda birləşdirib monolit qüvvəyə çevirib.
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı !

Arzu Alışqızı

Nizami rayon 214 saylı məktəbin direktor müavini

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR