Əzizə Ağahüseynqızı yazır:”SƏMƏNİ ƏTİRLİ SƏTİRLƏR”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Hər kitab bir ömürdür, hər kitab bir insan taleyidir – deyirlər. O talelər ki, sevgisiylə, qismətiylə, alın yazısıyla tarixə dönür, tarixləsir, zaman – zaman nəsillərə nümunə olur. Qarşımdakı kitabın da içindəki hekayələrin hər birində bir yox, bir neçə insanın taleyindən xəbər verən maraqlı və düşündürən hadisələrdən bəhs olunur.Bu hekayələri yazan qələminə və şəxsiyyətinə hörmət etdiyim, sözün dəyərini və qiymətini bilən dəyərli söz adamı Fəridə Əsədovadır…
..Onunla az müddətdə tanış olsam da, söz dünyası onun xarakterini göz önümdə açdı.
Bir – birindən maraqlı süjet xəttinə malik, sanballı hekayələr diqqətimi çəkdi .
“Ürəyi nisgilli ana”, “Bağışla deyə bilmədim”, “Səməni nənə”, “Talehsiz xosbəxtlər”, “Yarıda bitən ömür”, “Analı dünyamdan xatirələr” adlı həyat həqiqətləri məni çox düşündürdü.Saydıqlarım hekayələri sevə – sevə oxudum.Hər birində də həyatın insana bəxş etdiyi sevinci, kədəri, qəmi, qussəni duydum.Əsər yazmaq, kiminsə taleyindən xəbər vermək həmin şəxsin taleyini, duyğularını yaşamaqdı.Bu da Fəridə Əsədovadır çox gözəl alınıb.Dogrusunu deyim ki, F.Əsədovanın bu janrda yazmağını bəyəndim.Hadisələrin içinə girmək, fərdlərin, obrazların dialoqu, süjet xəttinin sonadək dramatik şəkildə saxlamaq məharəti onun povest və hekayə yazmaq imkanlarını qabarıq şəkildə üzə çıxarır.Özünü o ağrıların arasında görmək bacarığı F.Əsədovani bir daha belə mövzularda yazmağa davam etməyə stimul verir.Hekayə janrı heç də asan janr deyil.Gərək süjet xəttini elə qurandan ki, qayda pozulmasın.Bu da haqqında bəhs etdiyim söz adamı Fəridə Əsədova da yetərincədir..Anladım ki, həmişə dalğın gəzib dolanan, sakit təbiətli qara xallı bu gözəl pərinin daxilində necə dünya yaşayır..Ən əsası da insanlara qayğı hissi onda güclüdür.Onun “Ürəyi nisgilli ana” hekayəsində həyatın ağrılarını, acılarını yaşayaraq sonda qocalar evinə atılan səksən dörd yaşlı Simuzər anadan danışılır.O əri Salman kişi xəstəlikdən öləndən sonra fermada sağıcı işləyərək balalarını güc bəla ilə dolandırıb böyüdən sonda oğlanları və gəlinləri tərəfindən soyuq qarşılanacaq qocalar evinə atılır..Belə tipik obrazlar hazırkı cəmiyyətimizdə də hökm sürür..hadisələrin reallığı həyat həqiqətləri ilə mütənasibdir.
F.Əsədovanın maraqlı bir dillə, bir az da iri həcmli, sanki povest məzmununa malik maraqlı və ağrılı bir əsəri, “Bağışla deyə bilmədim”də Rəşad və Zərrinin həyat hekayələrindən bəhs olunur.F.Əsədova bu iki gəncin keçdiyi ömür yolunu yazmaqla sanki bu günkü gəncliyin nələrə,hansı əxlaq normalarına, mədəniyyətə malik olduqlarını oxucularına çatdırır.Rəşad ailəli olsa da valideynsiz böyüyən, mənə himayəsində olan Zərrinlə ikinci ailə qurur.Ondan da İnci adlı bir qız övladı dünyaya gəlir və o dünyaya gələn günahsız korpəni hələ qarşıda nələr gözləyir bu isə sual altındadır..
Zerrin özü də anasız böyümüsdü, ona dəstək olub yol göstərən ən düz ustiqamət verən olsaydı bəlkə də ailəli birisiylə tanış olmaz və ondan uşaq dünyaya gətirməzdi.Hər ikisi də hədd, sərhəd məsələlərinin unudaraq münasibəti davam etdirdilər.Rəşad isə əvvəlki adətini tərgitmədən həyatını içki məclislərində keçirir.Yüngül həyat tərzi, sərxoşluq maşın qəzasına gətirib çıxarır.O həm özünü, həm də özündən çox sevdiyi Zərrinin, körpə İncini həyat yollarında tənha, kimsəsiz buraxır..Acı tale onları ömürlük ayırır, Rəşad maşın qəzasında olur, ölüm ayağında dostundan Zərrinə göndərdiyi məktubda..”Bağışla deyə bilmədim” kəlməsini gondərmişdi.Bununla deməklə sanki onu bu vəziyyətə salıb tək buraxdığı üçün üzrxahlıq edirdi.Zərrinsə daha buralarda qalmağın əhəmiyyətsiz olduğunu anlayıb körpəsini də götürüb Rusiyaya nənəsinin yanına getməyi qərarlaşır.
F.Əsədova heç özü də bilmədən cəmiyyətimizin belə ucuz sevgi macəraları ilə dolu olduğunu göz önünə gətirir ki azdirmı aramızda belələri?Amma, Azərbaycan xalqının müqəddəs adət ənənələri var ki, necə minilliklərdir ki, yol gəlir,hələ də öz dəyərini saxlayır, bu da ailə dəyərləri.Böyük Vətən Müharibəsi illərində cəbhəyə gedən oğullarımız şəhid oldular, qara kağızları gəldi ünvanlarına, lakin onlar oturub gozlədilər ki, bir gün ömür gün yoldaşları geri dönər …Amma geri dönən çox az oldu..cavan, dul gəlinlər saçlarını bir övladın ustündə ağartdı ikinci ailə qurmadılar.Müharibə necə – necə uşağı atasız, gəlinləri ərsiz qoydu.Şir,aslan ürəkli analarımız namuslarını başqa ünvana satmadılar.F.Əsədovanin bu hekayəsi müasir cəmiyyətimizin əxlaq kodeksi nə xələl gətirən gənclərin iç üzünü açıb göstərir..
Hekayələrin içində məni çox kədərləndirən, süjet xətti hekayə boyu təəssüf hissi ilə tamamlanan “Səməni nənə”adlı hekayəsidir.Hekayədə müəllifin insanların daxilinə nüfuz etmək bacarığını, qəhrəmanını şirin dillə dindirib onun öz söhbətləriylə hekayəni qurması çox maraqlıdı.Fəridə xanım Səməni nənəni elə usduflu dindirir ki, o da hadisələri lap ilkindən bu başlanğıcdan danısaraq oxucusunu da o hadisələrin axarına salır.Səməni nənə ata evində uşaq çox olduğundan, ağır vəziyyətdə yaşadığından onu erkən yaşlarından qonşu kəndə özündən yaşca on iki yaş böyük birinə ərə verirlər.Ər evində ancaq qaynananın sözü keçərli olduğundan, ailədə işlərin çoxunun onun üzərinə düsdüyündən günü çox ağır keçir.Həyat yoldaşı otuz iki yaşlı İsrafilin də evdə anası Gulpəriyə söz deyə bilmir..ana çox əziyyət verən deyingən və qəddarin biri olmaqla gəlini də təngə gətirir.evladı gec olan Səməni ni evdə soyuq dindirən qaynana axır ki, özü də xəstələnib yorğan döşəyə düşür.Qulluq işlərinə Səməni baxdığından yorulur,halsız qalırdı. Beləcə xeyli vaxt yataq xəstəsi olan Gülpəri yaşlı oğlundan nəvə görmək arzusuyla dünyadan köçdü..Güllərinin ölümündən sonra Səməninin övladı dünyaya gəldi.Adını Gülpəri qoydular..Bir neçə uşaqları doğulub qalmadı tələf oldu .sonuncu qızı doğulanda yenə adını Gülpəri qoydular..illər keçdi artıq Gülpəri böyümüşdü..Qızını canından çox istəyən atası İsrafil dünyasını dəyişir.Ata evinə vaxtlı gedib gəlməyən Səməninin qardaşları,ata və anası da dünyasını dəyişmişdi..İndi təkbaşına qızıyla qalan Səməni çox fikir edir, bunu görən gənc,yaraşıqlı Gülpəri də anasına təsəlli verir..Gecənin birində atasının ölümünə dözə bilməyən gözəl Gülləri özünü həyətdə ağacdan asır.Yuxudan durub qızını yerində görməyən Səməni həyətə yüyürür, qızını ağacdan asılı görəndə fəryadı gecənin sükutunu parçalayır..
Həyata necə övlad gətirsə də hər birini bir cür itirən ananın zəhməti hədər getmişdi.Qoynu, qucağı boş qalmışdı..Sonunda qocalar evinin bir küncündə öz omrünün son akkordlarını yaşayan talehsiz bir ananın, Səməni nənənin ömür yolu insanda dərin təəssüf hissləri, kədər yaradır..
F.Əsədovanın “Talehsiz xosbəxtlər”inde isə fərqli bir mövzudan, uşaq evində böyüyüb həyatın ağrılarını iki gəncin, Qəhrəman və Solmazın həyat hekayələrindən bəhs olunur. Düz yeddi il bir yerdə ailə qurub yaşasalar da uşaq üzünə həsrət qalan bu gənclər özləri də uşaq evinə müraciət edərək Sənan adlı üç yaşlı körpəni övladlığa götürərək, öz təmiz, pak məhəbbətlərini onunla davam etdirirlər..
Bir birindən maraqlı obrazlarla qarşılaşdığım bu hekayələrdə real həyatın özünü gördüm..Belə reallıqlarını biri də “Yarıda bitən ömür” hekayəsində təsvir olunan Mərdanla Kənanın saf məhəbbətindən danışılır.Sadə, kasıb, lakin vicdanlı, əxlaqlı ailənin nümayəndələri olan Mərdan və Ləman sevərək ailə qururlar.Lakin Ləman ana olmaq ərəfəsində qan itirmədən dünyasını dəyişir. Anasız qalan körpənin, Mərdanin fəryadlari ürək dağlayır. Körpə Uğur onlara uğursuzluq gətirir.Ləmanı öz qızları qədər sevən qaynanası Zəifə ana isə bu itgiyə oğlunun bu halına çox pərişan olur…Bu ölüm böyük bir ailənin bir də ayaq üstə dura biləcəyinə zəmanət vermirdi..
Hadisələri qabarıq, orijinal şəkildə qələmə alan müəllifin hadisələrin şahidi olduğu qənaətinə gəlirəm..Bu da hekayətçinin həyatın acılı, şirinli anlarını dadmış bir yazar olduğundan xəbər verir.Əgər belə olmasaydı “Analı dünyamdan xatirələrim”o belə kövrək şəkildə yaza bilməzdi.Xatirə də hekayədir, onu da gərək obrazlaşdırmaq məharətin ola…Fəridə xanım öz ailəsi,doğması, sevimlisi anasıGulnaz ananın ömür- gün yolundan, atası Gülağa kişidən bəhs edir.Xatirələri oxuduqca öz atamı, anamı xatırladım.Bəli, hər bir insan özü boyda bir əsərdir.O əsərləri ömrümüz boyu oxuyuruq.O əsərlər bizim valideynlərimizdir, atalarımız, analarımızdır.
Fəridə xanım ailəyə, valideynlərinə bağlı olduğu üçün mənim ruhuma da doğmadır.Bu doğmalığı onun valideynlərinə olan sevgisində gördüm.Ailədə beş uşaq valideyn sevgisiylə əhatə olunub.Anası Gülnaz xala uzaq bir kənddən Bakıya gəlib gəlsə də düşdüyü Bakı mühiti onu daha da formalaşdırır, bütün qohum, əqrabanin hörmətini qazanır. Yaşadığı ömür payında Gülnaz ananın övladları içində Fəridəyə daha çox yaxın olduğunu duydum.Bunu ölümündən 15(on beş) dəqiqə əvvəl Fəridəyə zəng edən ananın sevgisindən hiss etdim.Ölüm ayağında sevimli balasını arayıb…!!!
Atasının vaxtsız ölümü, ananın tək başına çalışması və ailədə uşaqların da köməyi sayəsində ailə dik durmağı bacardı.Gulnaz anaya nəticə toyu qismət olmasa da nigaran getmədi bu dünyadan..Onun Fəridə kimi həyati dərk edən, duyan, həmişə sadə insanların arasında olan, onların dərdi şəriətlə birbaşa məşğul olan qızı vardı..
Hekayələri oxuduqca Fəridə xanımın həyatda gözəl vərdişləri də göz önümdə sərgiləndi.Mən onu tanıyandan bəri həmişə imkansız, əlil, atılmış uşaq evlərində gördüm.Qazilərin, şəhid ailələrinin ətrafında gördüm.Bu xüsusiyyətlərdir ki, Fəridəni oxucularına sevdirir. 44 günlük Vətən muharibəsi günlərində, eləcə də sonrakı zamanlarda da onu xeyirxah işlərin başında gördüm.Yaxşılıq toxum kimidir, duyan ürəklərdə zəmiyə çevrilir..Yaxşılıq, yaxşı insanlar həmişə ugurunuza çıxsın Fəridə xanım.Tanrı sizə həmişə yaxşı günləri qismət etsin..
Mən isə sizə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar arzulayıram..Qələminiz xoş günlərimizdən, Zəfərimizdən yazsın..Səmimi hörmətlə..

Əzizə Ağahüseynqızı,

Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Qızıl qələm media mükafatı laureatı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR