Hüseyn Babayev: “Biz gənclər inanırıq ki,TAİB türk dünyasının ən güclü, ən öndə olan təşkilatına çevriləcək”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün Azərbaycanda biz gənclər üçün geniş şərait yaradılıb. Yaradıcı, fəal gənclərə etimad göstərilməklə bərabər, böyük kürsülərdən söz demək imkanı da verilib. Möhtərəm prezidentimizin yürütdüyü gənclər siyasəti milli maraqlara söykənir. Və bizlər də bu etimadı doğrultmağa çalışır, ölkənin inkişafı naminə görülən hər bir işdə fəal olmağa, dövlətə vətəndaş təəssübkeşliyi ilə öz dəstəyimizi göstərməyə, Vətən üçün yararlı vətəndaş olmağa çalışırıq”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Gənclər Təşkilatının üzvü Hüseyn Babayev deyib. O, bildirib ki, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması üçün yaradılan hər bir şərait təqdirəlayiqdir.
“Bu gün gənclərin seçkilərdə, böyük, əhəmiyyətli, beynəlxalq tədbirlərdə iştirak etməsi dövlətin gənclərə verdiyi böyük önəmin təzahürüdür. Müstəqilliyimizdən sonra gənclər aparıcı qüvvə kimi hər zaman dövlət qayğısı ilə əhatələnmişdir. Demək olar ki, vətəndaş cəmiyyətlərinin çoxu gənclərlə əl-ələdirlər. Bizim təmsil olunduğumuz Türk Ağsaqqallar Birliyi də yarandığı gündən Gənclər Təşkilatının yaranması yönündə müzakirələrə başlamış, fəal gənclər birliyə cəlb olunaraq, konfrans, tədbir və layihələrdə ağsaqqallarla birgə iştirak etmişlər. Belə bir təşkilatda təmsil olunmaq bizlərə qürur verir. Təşkilatımızda həm Azərbaycanın, həm türk dünyasının seçilən, nüfuzlu ziyalılarından, diplomatlarından biz də çox şey öyrənirik. Sadə və səmimi olan bu insanlarla işləmək məxsusi zövq verir bizə”.

TAİB üzvü onu da qeyd edib ki, təşkilatın Qadınlar Şurasının da yaradılması Gənclər Təşkilatına böyük stimuldur.
“Türk dünyasına tez bir zamanda böyük səs salan, türkdilli ölkələrdə silsilə, əhəmiyyətli tədbirlər həyata keçirən təşkilatımız inanırıq ki, tez bir zamanda türk dünyasının ən güclü, ən öndə olan təşkilatına çevriləcək”-deyə H. Babayev vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR