Dünya şöhrətli alim Xəlil Kələntər TAİB-in İdarə Heyətində təmsil olunacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dünya şöhrətli azərbaycanlı  alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri,  elektronika mühəndisi  Xəlil Kələntərin adı TAİB-in İdarə Heyətinə namizədlər siyahısına düşdü. 

Müvafiq istiqamətdə türkdilli dövlətlərin nüfuzlu ağsaqqalları ilə təcrübə mübadiləsi və maarifləndirmə işləri aparmaq, vətənpərvərliyin və milli ideyaların təbliğinə, xalqımızın milli dəyərlərinin dünyada tanıdılmasına yardımçı olmaq, türk dünyasının seçilən ağsaqqallarını cəmiyyətdə mövcud olan aktual problemlərin həllində fəal iştiraka cəlb etmək missiyası ilə yaradılmış Türk Ağsaqqalları Birliyi-TAİB-in sıraları daha da genişlənir, daha böyük layihələrə imza atılır. Bütün türk dünyasının diqqət mərkəzinə çevrilməkdə olan təşkilata müraciətlərin sayı durmadan artmaqdadır.

Belə müraciətlərin biri də Yaponiyada yaşayan dünyaşöhrətli alim Xəlil Kələntərdən gəldi. O, Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub. Tehranda elektronika mühəndisliyini oxumuşdur. Yaponiyada yaşayır.

Təşkilat Komitəsinə müraciət ünvanlayan alim elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, LCD texnologiyaları üzrə yapon dilində üç kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir. Displey elektronikası üzrə yapon dilində nəşr edilmiş altı kitabın həmmüəllifidir.2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülmüşdür. SID üzrə 2011-ci ildə keçirilmiş konfransda “Ən yaxşı məqalə” mükafatını almışdır. 2016-cı ildə Yaponiya Maye Kristal Cəmiyyətinin (JLCS) xüsusi “Texnoloji İnkişaf  Mükafatı”na layiq görülüb.

Dəyərli alimin müraciəti Təşkilat Komitəsində müzakirəyə çıxarılıb, təşkilat rəhbərliyinin qərarı ilə adı İdarə Heyətinə namizədlər siyahısına əlavə edilib.

Qeyd edək ki, TAİB-in İdarə Heyətində bütün türk dünyasının görkəmli şəxslərinin bir çoxunun adı var.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR