Ailəmizin başçısını söyürlərsə… – Döyüşəkmi, qaçaqmı?

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Dövlətini satdınsa, deməli, ananı, atanı, ailəndəki əzizlərini və cinsindən asılı olmayaraq doğma bildiyin hər kəsi satmış kimisən. Yalnız qanı NATƏMİZ olanlar belə bir yolu tuta bilər. Belələri öz əməllərini pərdələmək üçün hər gün müxtəlif sifətlərə giirə bilərlər. Necə ki, biz Orduxanın, Məhəmməd Mirzəlinin, Tural Sadıqlının, Vidadi İskəndərlinin və digərlərinin timsalında bunu hər gün görürük. Əl tulasına çevrilməyi özlərinə rəva bilən bu tullantı mahiyyərtli küçə uşaqları bu gün hətta ən inkişaf etmiş Avropa ölkələrində də rast gəlinən sosial-məişət xarakterli problemləri faciə kimi təqdim edir, Azərbaycanı sanki dərin iqtisadi böhran içində inləyən ölkə kimi qələmə verməyə çalışırlar. Bəli, onların götürdüyü öhdəlik də elə xırda mətləbləri “dərin böhran” şəkilli təqdimatlara çevirməkdir. Fikir verirsinizsə, hətta ən elementar məsələlərdən yararlanmağa çalışır və hər çıxışlarında insanları küçələrə çıxmağa, qarşıdurmalara getməyə və nəticə etibarı ilə ixtişaşlar törətməyə meyilləndirəcək mesajlar verirlər. Buradan da elə onların əsas hədəflərini müəyyən etmək olur – Azərbaycanı qarışdırmaq və idarəolunmaz hala gətirmək. İstədikləri vətəndaş qarşıdurmasıdır, xaosdur, özbaşınalıqdır. İnanın, bu adamlar Azərbaycanda kütləvi qətliamların törədilməsini də arzulayacaq qədər terrorçu mahiyyətlidirlər.
Getdikcə bütün əndazələri aşırlar. Avropa şəhərlərinin küçələrində tula kimi sülənən həmin bu dəstə seçki yaxınlaşdıqca daha da azğınlaşır, bütün dəyərləri ayaq altına atır, böyük-kiçik tanımadan hamını söyürlər. Bu şərəfsizlər Prezidentimizi, onun ailə üzvlərini hər gün təhqir edir, ünvanlarına aşağılayıcı ifadələr işlədirlər. Dünən Berlində keçirdikləri “piket”də dediklərini yəqin ki, dinləmisiz… Alçaqlar sanki məqsədli şəkildə ən ağır sözlərdən istifadə etdilər. Prezident bu dövlətin atributlarından biridir və deməli həm də DƏYƏRDİR. Soruşuram, neçə nəfərimiz həmin o canlı yayımlara reaksiya verdi? Neçə nəfərimiz onlara başa düşdükləri dildə cavab yazdı? Dövlətimizin, Prezidentimizin, xalqımızın ünvanına səsləndirdikləri hədyanlara münasibət bildirən neçə nəfər olduq? Ümumiyyətlə, biz qancıq xislətli bu süləngilərin söyüşlərinə, təhqirlərinə hamılıqla cavab verə bilirikmi? Hamımız bunu özümüzə borc bilib dövlətimizi, dövlətimizin başçısını müdafiə etməyi bacarırıqmı? Əminliklə deyirəm ki, yox! Şəxsən mənim arzuladığım həmrəylik müşahidə olunmur. Biri deyir, onlar səviyyəsizdir, olduqları yerə enə bilmərəm. Başqa birisi öz adını qoruyur, nəsə yazacağı, münasibət bildirəcəyi halda söyüləcəyindən ehtiyyat edir. Amma Prezidentinin təhqir olunduğu videoları ötürmür, hamısına baxır və eşitdikləri söyüşlərə cavab verməyəcək qədər gönüqalınlıq nümayiş etdirir. Budur sədaqət? Budur dövlətə, Prezidentə xidmət? Deməli sən özünün söyülməyini istəmirsən, amma Prezidentinin, onun ailə üzvlərinin söyülməsini arsızcasına izləyir və ertəsi gün heç nə olmamış kimi, paşa-paşa işinə gedir, dövlətə, Prezidentə xidmət görüntüsü yaradırsan… Tam məsuliyyətimlə deyirəm, belələrinin Orduxandan ciddi bir fərqi ola bilməz!
Biz hamımız Prezidentin əsgəriyik. Sərkərdəmizin təhqir olunmasına, şəxsiyyətinin alçaldılmasına yönəlik davranışlara cavab vermədən sakitcə sürüşüb aradan çıxırıqsa, deməli, ya həmin o it sürüsü ilə həmrəyik, ya da sədaqətimiz yoxdur, qətiyyətli deyilik, qorxağın yekəsiyik. Belə əsgərlərə heç bir orduda yer yoxdur! Baş verənlər, əslində dövlətimizə qarşı açılmış virtual müharibədir. Müharibədə döyüşdən qaçanların bir adı var – Fərari! Yox əgər kimsə hesab edirsə ki, yaltaqlanmaqla xidmət etdiyini göstərir, kökündən yanılır. Dövlətinə, dövlətinin başçısına görə gərəkərsə sinəni qabağa verməli, ona tuşlanan güllələrin qarşısında sipərə çevrilməlisən. Bu yolda canı ilə, qanı ilə olanlara səslənirəm, hamımız bir nəfər kimi döyüşməliyik! Kim hansı cavabı haqq edibsə, onu da verin. Sizi, ailə üzvlərinizi, xanımınızı, valideynlərinizi söyənlərə hansı cavabı verərsizsə, onu da Prezidentə və onun ailəsinə görə əsirgəməyin. Dövlət bir ailədir. Bu ailənin başçısı isə İlham Əliyevdir!

Ramin Ahmedov,
YAP Nizami rayon Təşkilatının sədr müavini

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR