Qırğızıstanda dünyanın ən uzun poçt markası dövriyyəyə buraxılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qırğız Ekspres Poçt “Beynəlxalq davamlı dağ inkişafı ili” poçt markasını dövriyyəyə buraxıb.

Agsaqqallar.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu poçt markasını orijinallığı onun dünyada ən uzun – 184 millimetr ölçüdə olmasıdır.

Poçt miniatüründə Çaar-Taş dağ silsiləsi, Toquz-Toro yarğanı, Kazarman qəsəbəsi, miniatür vərəqin kuponunda isə Beş-Taş dərəsi, eyniadlı göl, Tuyuktor dağ silsiləsi və İtaqar aşırımı təsvir olunub.

Qeyri-adi poçt markasının müəllifləri dizayner Darya Mayer və fotoqraf Vladislav Uşakovdur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR