Daha bir millət vəkili TAİB sıralarına qoşuldu – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Millət vəkili Müşfiq Cəfərov Türk Ağsaqqalları Birliyi – TAİB-in mərkəzi ofisinə baş çəkib.

Millət vəkilini TAİB-in sədr müavini Eyvaz Hünbətov, İntizam Komissiyasının rəhbəri Nüsrət Paşayev, xarici əlaqələr üzrə sədr müavini Elnur Eltürk, İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB mətbuat xidmətinin əməkdaşı Elnarə Sadiq qarşılayaraq qonağa TAİB-in məqsəd və məramları, eləcə də həyata keçirilmiş layihələr barədə məlumat veriblər.Muşfiq Cəfərov TAİB-in fəaliyyətini diqqətlə izlədiyini və təşkilatın qısa zamanda böyük uğurlara imza atdığını deyib. Millət vəkili TAİB-in nümayəndə heyətinin tərkibində Özbəkistanın paytaxtı Daşkəndə səfər etdiyini xatırladaraq, oradakı konfrans və görüşlərin yüksək səviyyədə təşkil olduğunu da vurğulayıb. Müşfiq Cəfərov qeyd edib ki, Özbəkistan səfəri onda TAİB-in potensialı və Türk ölkələri ilə geniş əlaqələri barədə aydın təsəvvürlər yaradıb. “Daşkənddə olarkən TAİB-ə üzv olmağı qərarlaşdırdım və hörmətli alimimiz, Azərbaycanın böyük ziyalılarından olan Sudeyif İmamverdiyevə öz niyyətimi açıqladım” – deyən millət vəkili TAİB-ə üzv olmaq üçün ərizəsini İdarə Heyəti üzvlərinə təqdim edib.Millət vəkili təşkilatın Nizamnaməsi və qarşıdakı mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə də tanış olub.Qeyd edək ki, TAİB-in İdarə Heyətində 5 millət vəkili təmsil olunur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR