Şəhid General, Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

🇦🇿 2 yanvar – Şəhid General, Milli Qəhrəman Polad Həşimovun doğum günüdür. Ehtiramla, rəhmətlə yad edirik!
☀️BAYRAQ DALĞALANDI ŞƏHİD ADINLA
Tovuz doyüşləri zamanı Şəhid olmuş general-mayor, Milli Qəhrəman Polad İsrayıl oğlu Həşimovun parlaq xatirəsinə ehtiramla.

“Azərbaycan!” dedin zabit andınla,
Ucalıq sandığın – üçrəngli Bayraq!
Bayraq dalğalandı şəhid adınla,
Bağrına basaraq bu yurd, bu torpaq…

Adın vətənləşdi şəhid rütbənlə,
Məqamın mübarək, cənab General
Ürəklər riqqətdə sevgi-xütbəylə…
Ana Vətən haqqı halaldı, halal…

Aprel döyüşünlə alınmaz etdin
Zabit şərəfinlə “Polad postu”nu!
Düşmənin üstünə müzəffər getdin,
Cəngavər əliylə mənfur qan qusdu…

Polad Həşimovun sərkərdə ruhu
Baxır cəbhə boyu zəfər əzmiylə…
Zəfərlə ovunar əsir yurd ahı,
Qadirdir yağını Ordum əzməyə!..
2020-ci il
✍️Tapdıq ƏLİBƏYLİ

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR