Məşhur jurnalist vəfat elədi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“APA Holdinq” ailəsinə ağır itki üz verib. “APA Holdinq”ə daxil olan APA TV-nin əməkdaşı, tanınmış telejurnalist Natiq Qədimov 41 yaşında vəfat edib. Yaxınlarının və ailə üzvərinin bildirdiyinə görə, o, qəfil keçirdiyi infarktdan dünyasını dəyişib.

Natiq Qədimov 1976-cı ilin iyul ayının 2-də Bakıda dünyaya göz açıb. Uzun müddət televiziya və mətbu orqanlarda çalışıb. Hələ “Ayna” (“Zerkalo”) qəzetində işlədiyi müddətdən böyük hörmət qazanıb. İctimaiyyət isə onu daha çox bir vaxtlar ANS televiziyasında yayımlanan “İç Xəbər” və “Növbətçi” verilişlərindən tanıyır. Əsasən kriminal xəbər aparıcısı və müxbiri olsa da, zarafatcıl, deyib-gülən, səmimi və mehriban insan kimi yaddaşlarda qalıb.

Telejurnalistin qəfil ölümü tək onun ailə üzvlərini deyil, dostlarını və onu tanıyan hər kəsi sarsıdıb. Əvvəllər səhhətindən şikayətlənməsə də, ani infarkt onu elə ailə üzvlərinin, yaxınlarının əhatəsində haqladı.

Allahdan əziz dostumuza rəhmət, ailəsinə isə dərin hüznlə başsağlığı diləyirik!

 

Bəsti İsrafilova

Agsaqqallar.az

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR