“Menecerlərin yüksək vəzifələrə təyin olunması yeni dövrün tələbidir” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycanda idarəçilikdə və dövlət strukturlarında həyata keçirilən sistemli kadr islahatlarını bəzi məkirli qüvvələrin narahatlığına səbəb olur. Ölkəmizin hər hansı uğuruna sevinməyən, dövlətimizə qarşı çirkin kampaniya aparan şəxslər hər vəclə bütün müsbət qərarlara kölgə salmağa çalışırlar. İndi onların əsas hədəfi Prezident İlham Əliyevin islahatlar çərçivəsində vəzifələrə təyin olunan şəxsləri gözdən salmaqdır. Məsələn, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə yenicə təyin olunmuş Zaur Mikayılovun əvvəllər Bravo Supermarketlər Şəbəkəsində vəzifə tutmasını müzakirə mövzusuna çeviriblər. Bu müzakirələr bir daha sübut edir ki, onlar ölkəmizdə həyata keçirilən islahatların mahiyyətini və hədəfini dərk etmirlər”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Azərbaycanda həyata keçirilən sistemi kadr islahatlarına kölgə salmağa çalışanlar barədə danışarkən deyib.

YAP rəsmisi bildirib ki, Azərbaycanda yüksək vəzifələrə menecerlərin təyin olunması idarəçilikdə yeni metodun tətbiqinə əsaslanır: “Azərbaycanda sırf menecerlik qabiliyyətinə malik, şəffaflığı təmin edə bilən, korrupsiya və rüşvətdən uzaq, dövlət vəsaitlərini mənimsəməyən insanlar yüksək vəzifələrə təyin olunur. Bu, dövrümüzün tələbidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda yeni idarəçilik metodu tətbiq olunur. Menecerlərin, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan şəxslərin yüksək vəzifələrə təyin olunmasının əsas hədəfi də şəffaflığın təmin edilməsi, maliyyə, informasiya və insan resurslarından səmərəli şəkildə istifadə olunmasını təmin etməkdir. Əlbəttə, müvafiq sahənin müəyyən qollarında ixtisas üzrə insanlar çalışırlar. Prezident tərəfindən təyin olunan şəxslər isə həmin sahənin idarəçiliyini təmin edir, fəaliyyət istiqamətlərini, məqsəd və vəzifələri müəyyən edirlər”.

Ramin Əhmədov, islahatları gözdən salmaq istəyənlərin yaşadıqları Avropa ölkələrindəki şirkətlərə, dövlət qurumlarına, eləcə də maliyyə institutlarına məhz menecmenti bilən insanların rəhbərlik etməsinə də diqqət yönəldib:
 “Onlar Azərbaycandakı islahatları gözdən salmaq əvəzinə, Avropanın böyük şirkətlərini, banklarını, dövlət qurumlarını idarə edənlərin karyera pilləsinə nəzər salsınlar. Avropada elə şirkətlər, dövlət qurumları və maliyyə quruluşları var ki, onların rəhbərləri məsul olduqları sahə üzrə ixtisas sahibi deyillər. Menecerdilər və məhz buna görə də onlara kifayət qədər ciddi sahələrə rəhbərlik etmək həvalə olunur. Bu praktika Avropanın aparıcı dövlətlərində tətbiq olunur”.

YAP rəsmisi bildirib ki, çağdaş dövr idarəçilikdə də yeni metodların tətbiqini tələb edir: “Bunlardan biri də uğuru, arzulanan nəticəni təmin edcəcək kadrların düzgün müəyyən edilməsidir. Vəzifəli şəxs gərək mütləq elmlər doktoru, professor olsun? Hazırkı dövr idarəçilikdə yeni yanaşmalar tələb edir. Əsas odur ki, ortaya uğurlu nəticə qoyulsun. Görünən odur ki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmuş Zaur Mikayılov da bu vaxta qədərki fəaliyyəti ilə daha böyük sahəyə rəhbərlik etmək potensialına malik olduğunu nümayiş etdirib. Ümumiyyətlə, cənab Prezident kiməsə etimad göstərirsə, deməli, həmin şəxs əvvəl təmsil olunduğu yerlərdə özününi təsdiq edib, resurslardan düzgün istifadə etməklə inkişafa nail olub. Ölkə başçısının məqsədi öz idarəçilik qabiliyyəti, dürüstlüyü və təşkilatçılığı ilə önə çıxan şəxslərə daha geniş fəaliyyət meydanı yaratmaqdır. Xaricdə oturub Azərbaycanda verilən bütün qərarları pisləyənləri isə əslində ciddiyə almaq lazım deyil. Azərbaycan xalqı onları yaxşı tanıyır və bilir ki, məqsədləri nədir, kimlərə qulluq edir, kimlərdən qidalanırlar”.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR