S.e.f.d. dosent Murtəza Həsənov Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı
Azərbaycan Silahlı Qüvvələri millətimizin, dövlətimizin, müstəqilliyimizin istiqlalı uğrunda fədakarca çırpınan millət ruhunun görkəmli bir mükâfatı, milli iradənin möhtəşəm bir əsəridir. Azərbaycan Silahlı Qüvvələri bizim göz bəbəyimizdir. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Cəsarətimizi tarixdən, gücümüzü millətimizdən, ilhamımızı əcdadımızdan aldıqdan sonra qarşımızda hiç kimsə, heç bir quvvət duramayacaqdır. Hamısından mühümü Azərbaycan Silahlı Qüvvələrinində aşılmaz iman vardır, qorxusuz ürək vardır, yüksək bir fəzilət vardır. Dövlətimizin ən köklü qurumlarından , ən təcrübəli quruluşlarından biri olan, millətimizin hüzuru və təhlükəsizliyi üçün gecə- gündüz fədakarca vəzifə icra edən , dövlət nizamının qorunmasında donanımı, təhsili və disipliniylə təsirli rol oynayan ordumuz bizi qürurlandırmakdadır. Azərbaycan Ordusu ilə hər birimiz qürur duyuruq. Dünya Azərbaycanlılarını Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik edirəm. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer tutur. Azərbaycan Ordusu hər zaman güclü və qüdrətli olacaq. Bü gün Azərbaycan Silahlı Qüvvələri təcrübə, əməliyyat və qabiliyyət baxımından dünyanın ən güclü ordularından biridir. Günün 24 saatı kəsintisiz ilin 365 günü əməliyyat apara biləcək durumdadır. Azərbaycan Silahlı Qüvvələri köklü tariximizin hər mərhələsində olduğu kimi , bu gün də bağrından çıxdığı əsil bir millətin sevgisinə güvənən və dəstəyinə layiq olmaq üçün var gücüylə çalışmaqdadır. Azərbaycan Respublikasının Prezidenti , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazandı. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Azərbaycan Silahlı Qüvvələri dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazdı. Azərbaycan ordusu yenilməz, möhtəşəm, peşəkar və güclüdür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini Zəfərlə nəticələndirən Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi prosesi davam etdirilir, onun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Vətən müharibəsi zamanı Qələbənin əldə olunmasında mühüm rolu olan xüsusi təyinatlıların fəaliyyəti onu deməyə əsas verir ki, bu qoşun növü keçirilən təlim və kurslar, eyni zamanda, qazandığı döyüş bacarıqları sayəsində qarşıya qoyulan tapşırıqları sürətlə və yüksək dəqiqliklə icra etmək qabiliyyətinə malikdir. Vətənin müstəqilliyi, ərazi bütövlüyü və vətənimizin azadlığı uğrunda şəhid olanları unutmur, şəhid olanlara Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Yaşasın Azərbaycan! Yaşasın Müstəqil Azərbaycan tarixinə şanlı günlər yazan lider, Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri Cənab İlham Əliyev! Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan Xalqı! Eşq olsun Azərbaycan Ordusuna və Əsgərinə!
Bayrakları bayrak yapan üstündeki kandır, toprak eğer uğurunda ölen varsa vatandır.’
Şairin dediyi kimi , ‘Yaşamaz ölümü göze almayan
Zafer, göz yummadan koşana gider
Bayrağa kanının alı çalmayan/
Gözyaşı boşana boşana gider/
Kazanmak istersen sen de zaferi/