TAİB sədri akademik Sudeif İmamverdiyev Novruz bayramı münasibətilə türk xalqlarını təbrik edib
TAİB sədri akademik Sudeif İmamverdiyev Novruz bayramı münasibətilə türk xalqlarını təbrik edib
“Əziz Azərbaycan xalqı və türk dünyası!
Türkün qədim bayramı olan Novruz yurdumuza yenidən ayaq basdı. Baharın xoş müjdəçisi özüylə birgə itməyən adət və ənənələrimizi də gətirdi.
Bu gün bizlər daha xoşbəxtcəsinə keçiririk bayramlarımızı. Çünki işğalda olan yurdlar azaddır. Qarabağ hər gün daha da abadlaşır, gözəlləşir. İnsanlar öz yurdlarına qayıtmağa başlayıblar. Möhtərəm prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev və I Vitse Prezidentimiz, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva ailə üzvləri ilə birlikdə azad olunmuş Talış kəndində qarşılayır bu novruzu. Möhtərəm prezidentimiz Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını Talış kəndindən təbrik edib.
Uzun illərin həsrətindən sonra “Böyük Qayıdış” proqramına uyğun olaraq Talış kəndində
daha 20 ailə Novruz bayramını öz ata-baba yurdlarında qeyd edirlər. Nə gözəl mənzərə. Bu mənzərəni alqışlamağa iki əl yetməz…
Əziz azərbaycanlılar, əziz türk xalqı!
Novruz və milli adət-ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürməkdə biz ağsaqqalların boynuna böyük yük düşür. Ümummili liderimiz Heydər Əliyevin təbirincə desək, ağsaqqallar milli-mənəvi dəyərlərin qızıl fondudur. Biz öz milliliyimizi, adətlərimizi qorumaqla xalqı yaşatmış oluruq.
Əziz türk dünyası!
Rəhbəri olduğum Türk Ağsaqqalları Birliyi-TAİB-in bütün üzvləri adından Türk xalqlarının əbədiyyən birliyini nümayiş etdirən bu qədim Novruz bayramı münasibətilə sizləri təbrik edir, bütün türk dünyasına rifah arzulayıram.
Yurdlarımız çıraqban, ellərimiz azad və abad olsun!
Bayramınız mübarək!
Böyük hörmət və ehtiramla,
akademik Sudeif İmamverdiyev,
Türk Ağsaqqalları Birliyinin sədri”