" />

AZAL Bakıdan Almatıya uçuşlara başlayır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan Hava Yolları” QSC (AZAL) martda Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Agsaqqallar.com AZAL-ın məlumatına görə xəbər verir ki, aviareyslər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan

Azərbaycana giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.azal.az/az/information/covid-azerbaijan.

Hazırda AZAL-ın aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti də həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR