Azərbaycanlı turistlər Özbəkistana səfər edən ölkələrin siyahısında TOP-15-ə daxil olub
Azərbaycanlı turistlər 2022-ci il ərzində Özbəkistana səfər edən ölkələrin siyahısında ilk 15-liyinə daxil olublar.
Agsaqqallar.com “Report”a istinadən xəbər verir ki, ötən il Azərbaycandan bu ölkəyə ümumilikdə 10,4 min turist səfər edib. Bununla da Azərbaycan turistləri bu reytinqdə 12-ci olublar.
Ümumilikdə, ötən il Özbəkistana müxtəlif ölkələrdən 5,2 milyon turist səfər edib. Bu, 2021-ci ilin göstəricilsi ilə müqayisədə 3,4 milyon nəfər və ya 2,8 dəfə çoxdur.
Ötən il Özbəkistana ən çox turist kimi ziyarət edənlər Qazaxıstan vətəndaşları olub. 2022-ci ildə 1,5 milyon qazaxıstanlı turist bu ölkəyə səfər edib. İlk beşliyə qonşu Tacikistan (1 milyon 447,8 min nəfər). Qırğızıstan (1 milyon 356,9 min nəfər), Rusiya (567,7 min nəfər) və Türkiyə (75,6 min nəfər) tutublar.
2022-ci il ərzində Özbəkistana səfər edən ölkələrin siyahısının ilk onluğuna Cənubi Koreya (19,9 min nəfər), Almaniya (17,7 min nəfər), Hindistan (16,8 min nəfər), ABŞ (13,1 min nəfər) və Fransa (11 min nəfər) daxil olub.
Azərbaycandan əvvəlki pillədə 10,5 min turistlə Böyük Britaniya, Azərbaycandan sonrakı yeri isə 8,8 min tuistlə İtaliya, 6,3 min turistlə İspaniya və 5,4 min turistlə Çin tuturlar.