Ya oktyabr, ya mart, nə fərq edər ki? Fərq yalnız ondadır ki, xalq oktyabrda göstərəcəyi dəstəyi apreldə nümayiş etdirəcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamı bəziləri qərəzli şəkildə şərh edərək cəmiyyətdə yalnış rəylərin yaranmasına çalışırlar. Əslində isə qeyri-adi və təəccüb doğuracaq heç nə baş verməyib. Bir neçə gün əvvəl YAP sədrinin müavini, partiyanın icra katibi hörmətli Əli Əhmədov cənab Prezidentin namizədliyini açıqlamışdı. Bu açıqlamadan sonra seçkilərin vaxtının dəyişə biləcəyinə dair müəyyən gözləntilər yaranmışdı. Fikrimcə, seçki ilində prosesin hansı ayda keçirilməsi o qədər də xüsusi əhəmiyyət daşıyan amil deyil. 2018-ci il seçki ilidir və siyasi təşkilatlar hələ ötən ilin ortalarından bu prosesə hazırlaşmağa başlayıblar. Bu baxımdan, hazırlıq üçün vaxtın azlığını iddia etməyin heç bir əsası yoxdur. Digər tərəfdən, İlham Əliyev niyə tələsməlidir ki? Bu ölkədə ona alternativ olacaq kimsə varmı? YAP-la rəqabətə girə biləcək ikinci bir partiya varmı ortalıqda? İlham Əliyev hər zaman seçkiyə hazır olan liderdir. Həyata keçirdiyi müqayisəyəgəlməz layihələr, Azərbaycan adına qazandığı uğurlar, imza atdığı nəhəng proqramlar və daha böyük hədəflərə doğru atdığı inamlı addımlar ona ümumxalq sevgisi qazandırıb və deməli, belə bir lider üçün seçkinin nə vaxt keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. Ya oktyabr, ya mart, nə fərq edər ki? Fərq yalnız ondadır ki, xalq oktyabrda göstərəcəyi dəstəyi apreldə nümayiş etdirəcək.

Ramin Əhmədov
Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədr müavini

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR