BMT rəsmisi Ermənistan və Azərbaycan arasındakı vəziyyətdən danışıb

“Ermənistan və Azərbaycan ətrafındakı vəziyyətlə bağlı davam edən diplomatik səylər irəliləyiş üçün ümid işığı yaradır”.
Agsaqqallar.com Report-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə bildirib.
O əlavə edib ki, BMT baş katibinin köməkçisi Miroslav Yença ötən gün BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bu barədə deyib:
“Ötən gün BMT baş katibinin köməkçisi Miroslav Yença üzv dövlətlərə Cənubi Qafqazda baş verən proseslər, xüsusilə Ermənistan və Azərbaycan arasındakı vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, sentyabrın ortalarında iki ölkə arasında yenidən alovlanan gərginlikdən sonra davam edən diplomatik səylər irəliləyiş üçün ümid işığı yaradır”.
Qeyd edək ki, Ermənistanın təklifi ilə dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub. BMT baş katibinin köməkçisi Miroslav Yença iclasındakı çıxışında Bakı və İrəvanı 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişi üzrə üçtərəfli Bəyanatın öhdəliklərini yerinə yetirməyə çağırıb.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi də dekabrın 20-də BMT Təhlükəsizlik Şurasında (TŞ) Laçın yolundakı vəziyyətlə bağlı aparılan müzakirələrə münasibət bildirib.
Oxşar Xəbərlər
- İlham Əliyev: Bu məsələdə ona sakit durmağı tövsiyə edərdim
- TAİB-in sədr müavini, tanınmış ekspert Elnur Elturk türk dünyasındakı xidmətlərinə və ictimai fəaliyyətinə”Marşal Üzeyir Vahabov” adına yubiley medalı ilə təltif olunub görə
- Aygün Bəylər Mehriban Əliyevaya muğam dəstgahı həsr etdi — “Mehribani” – EKSKLÜZİV