“Diasporun səsi” YouTube kanalı fəaliyyətə başlayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il ərəfəsində “Diasporun səsi” YouTube kanalı fəaliyyətə başlayıb. “Diaspornews.az” xəbər verir ki, kanalda yayımlanan eyni adlı müəllif proqamının aparıcısı Rusiyanın Kursk vilayətində Azərbaycanlı icmasının rəhbəri, “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın (MAAR) həmtəsisçisi Qasım Kərimovdur. O, həmçinin Cənub-Qərb Dövlət Universitetinin dosenti, dövlət qulluqçusudur.

“Diasporun səsi” kanalından Rusiyadakı Azərbaycan icmasının fəaliyyəti, iki ölkə arasında dostluğun möhkəmləndirilməsi naminə icra edilən ictimai layihələr haqqında məlumatlar əldə etmək mümkün olacaq. Bu platformada, eyni zamanda Azərbaycan diasporunun aktual problemləri və vəzifələri müzakirə ediləcək, diaspor fəaliyyətinin strateji hədəfləri ilə bağlı önəmli təkliflər səsləndiriləcək.

Verilişin ilk buraxılışını aşağıdakı linkdən dinləmək mümkündür:

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR