Ermənistan Azərbaycan və Türkiyənin uzadılan sülh və dostluq əlini tutmalıdır – Hulusi Akar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ermənistan Azərbaycan və Türkiyənin uzadılan sülh və dostluq əlini tutmalıdır.

Agsaqqallar.com xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulisi Akar Kayseridə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki görüşdə Cənubi Qafqaz və regiona dair bütün inkişaf və əməkdaşlıq perspektivləri müzakirə edilib.

“Ölkələrimiz arasında strateji əlaqələrin bundan sonra da davam etməsi hər birimiz üçün əhəmiyyətlidir. Bu əməkdaşlığımız bütün dünya üçün bir nümunədir. Ermənistanın Azərbaycan və Türkiyənin uzadılan sülh və dostluq əlini tutması gərəklidir. Ermənistan təxribatlardan əl çəkib razılaşmlara əməl edərsə, barış və rifahın bir parçası ola bilər. Biz bunu gözləyirik”, – deyə nazir əlavə edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR