Azərbaycan və Özbəkistan sərhəd təhlükəsizliyi sahəsində təhdidlərə qarşı birgə mübarizə aparacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin sədrinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-mayor Səlimjon Xusanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 13-15-də ölkəmizdə rəsmi səfərdə olub.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Özbəkistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, dövlət sərhədlərimizin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulması, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Tərəflər son müddətdə Azərbaycan və Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində münasibətlərin uğurla inkişaf etməsini vurğulayıblar.
Müzakirə zamanı dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə həyata keçirilən fəaliyyətlər, peşəkar kadrların hazırlanması sistemi barəsində məlumat mübadiləsi aparılıb.
Görüşdə sərhəd təhlükəsizliyi sahəsində təhdidlər, o cümlədən beynəlxalq terrorizm, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunub.
Səfər çərçivəsində qonaqlar DSX-nin Aparatı, Sahil Mühafizəsi, Sərhəd Nəzarəti, DSX Akademiyası, Xüsusi Məktəbi və digər struktur qurumları ilə tanış ediliblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR