Gürcüstanın tanınmış ictimai-siyasi xadimi: “İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Gürcüstanın tanınmış ictimai-siyasi xadimi: “İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb”
Yüz illər keçsə belə, Prezident İlham Əliyevin adı tarixdə qızıl hərflərlə qalacaq.
Bu sözləri Gürcüstanın tanınmış ictimai-siyasi xadimi, Gürcüstan parlamentinin sabiq deputatı Azər Süleymanov Prezident İlham Əliyevin doğum günü ilə bağlı fikirlərini bölüşərkən bildirib.
“Prezident İlham Əliyev haqqında danışarkən mütləq Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı onun rolunu xüsusi qeyd etməliyik. Heç kimə sirr deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələyə imza atan siyasi liderdir. Bu gün iki ölkə arasında əlaqələr, dostluq münasibətləri yüksək səviyyədə inkişaf edir. Bilirsiniz ki, Gürcüstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Vətən müharibəsində də Gürcüstan Ermənistanla bütün sərhədlərini bağladı. Gürcüstan beynəlxalq hüquq və prinsiplərindən irəli gələrək Azərbaycanın yanında oldu. Bu gün iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı əlaqələr yeni mərhələyə qədəm qoyub. Ölkə rəhbərliyinin qarşılıqlı səfərləri intensivləşib”,- deyə A. Süleymanov vurğulayıb.
Azər Süleymanov İlham Əliyevin addımlarının Azərbaycan xalqı tərəfindən böyük sevgi və məhəbbətlə qarşılandığını qeyd edib.
“İlham Əliyev Azərbaycan xalqının böyük sevgisini qazanmış təcrübəli siyasi liderdir. Sosial şəbəkələrdə İlham Əliyevə qarşı olan sevgini, diqqəti görürük. Qarabağı azad etdiyinə və erməni separatçılığına son qoyduğuna görə gələcək nəsillər ona minnətdarlıqlarını bildirəcəklər.
Prezident İlham Əliyevin doğum günü münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, fevralın 7-də baş tutacaq prezident seçkilərində uğurlar arzulayıram”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR