10 noyabr Bəyanatı rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsi tarixi Qələbə ilə yekunlaşdı. Ermənistan döyüş meydanındakı məğlub oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənəddir. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Əldə olunan razılaşma sənədi ümumilikdə Azərbaycan dövlətinin və xalqının mənafeyinə tam uyğundur. Bu razılaşmaya əsasən Ağdam, Laçın və Kəlbəcər döyüşsüz Azərbaycana təhvil verildi, işğalçı qoşinlara ərazilərimizdən çıxarıldı. Lakin əfsuslar olsun ki. Bəyanatın imzalanmasından iki il keçməsində baxmayaraq hələ də Ermənistan hərbi-siyasi rəhbərliyi onun əsas maddələrinin yerinə yetirilməsini həyata keçirmir. Bu sahədə də siyasi oyunlarını davam etdirir. Buna ilk növbədə erməni silahlə qüvvələrinin Qarabağdan tam çıxarılması və Naxçıvanla tarixi əlaqənin yaradılması üçün dəhlizin reallaşdırılmasıdır. Lakin bütün bunlara baxmayaraq Bəyanat Ermənistanın təslimçilik aktı, onun məğlubiyyətinin təsdiqidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir yumruğu ətrafında bütövləşən xalqımız, müzəffər Ordumuz düşmənin illərdir formalaşdırılmış mifini 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Azərbaycan xalqı tarixə qalib xalq kimi adını qızıl hərflərlə yazdı. Bəyanatda “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı belə qeyd olunmur,
Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.
Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni 2 nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.

Heydər Rəhimov

Qarabağ veteranı, ehtiyatda olan zabit

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR