Azərbaycanlı həkim Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib
Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilib.
Bu barədə Bakı Sağlamlıq Mərkəzinin rəsmi instaqram səhifəsində qeyd olunub. Məsud Aşina sözügedən akademiyaya fəxri üzv seçilən ilk azərbaycanlıdır. Bildirilir ki, akademiyanın fəxri üzvləri arasında türk alim, Nobel mükafatı laureatı Əziz Səncər də var.