Erməni terrorçu birləşməsinin daha 13 üzvünün işi üzrə məhkəmə keçirilir – YENİLƏNİB

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun – Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi keçiriləcən prosesdə təqsirləndirilən şəxslərdən Qriqoryan Feliks Arşakoviç ifadə verib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, ötən il noyabr ayında hərbi komisarlığa dəvət olunu: “Bildirdilər ki, gəlməsəm barəmdə cinayət işi başlanacaq. Hərbi Komisarlıqda silah-sursatla təmi olundum. Bizə komandir polkovnik-leytenant Arsen Kazaryan təyin edilmişdi. Gecə avtobuslara yola düşdük, yolda yatdıq. Səhəri Laçında açdıq. Mağazadan lazımı şeylər aldıq. Orda hamı erməniydi. Daha sonra rus sülhməramlılarının yanından keçərək bir dağ tərəfə gəldik. Orda Arsen Kazaryan demədi ki, bura Azərbaycan torpağıdır. Bizə deyilmişdi ki, Ermənistan sərhədlərini qoruyacaqsınız. 13-14 gün orda qaldıqdan sonra bizə dedilər ki, aşağı düşün. Evə qayıtmalıydıq. Aşağı düşəndə Azərbaycan ordusu tərəfindən saxlanıldıq. Silahlarımızı təhvil verərək təslim olduq”.

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib.

Qriqoryan Feliks Arşakoviç məhkəmədə verdiyi ifadəni təsdiqləyib.

Prosesdə Anbardanyan Vels Karapetoviç dindirilib.

O da digər təqsirləndirilən şəxslər eyniməzmumlu ifadə verib. Bildirib ki, getdikləri ərazinin Azərbaycan torpaqları olduğundan xəbərsiz olub:

“10 noyabr bəyanatından xəbərim olub. Bilirdim ki, Laçını Azərbaycana təhvil verməliyik. Lakin Laçına gələcəyimizdən xəbərimiz olmayıb. Ora çatandan sonra xəbərimiz olub ki, biz Laçındayıq”.

Təqsirləndirilən Mikaelyan Andranik Vazgenoviç ifadə verərək müharibə dövründə Cəbrayıl istiqamətində olduğunu deyib:

“Sentyabrın 27-də çağırışçı kimi hərbi komisarlığa getmişəm. Məni Cəbrayılda yerləşən hərbi hissəyə göndərdilər. Cəbrayılın Azərbaycan ərazisi olduğunu bilirdim. Sadəcə etiraz edə bilmədim. Dedilər, əmrə tabe olmasam həbs ediləcəm. Cəbrayılda döyüşlərdə olmamışam. Azərbaycan tərəfi hər gün irələyirdi. Ordumuzdan itkilərimiz var idi. Bir müddət qaldıqdan sonra Cəbrayıldan bəzi hərbi qulluqçularla qaçdıq. Oktyabrın 17-də artıq evdəydim. Daha sonra hərbi polis zəng elədi dedi ki, gəlməsən həbs olunacaqsan. Noyabrın 27-də hərbi komisarlığa getdim”.

Prosesdə Vardanyan Arsen Araikoviç, Tadevosyan Hrayr Seryojeviç, Bahrekyan Vahagen Edikoçiv eyniməzmunlu ifadə verib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR