" />

Hulusi Kılıç:”Anam məni Azərbaycan türkcəsi ilə böyütdü”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan mənim ikinci Vətənim, Bakı da doğma şəhərimdir. Allah məni belə yaratmış. Hər halda, mənim ruhum buradadır ki, Azərbaycanı bu qədər sevirəm. Həmçinin aid olduğum türk millətimi sevirəm. Ona görə də mən Azərbaycanda səfir olmağı Allahdan diləmişdim. Diləyim qəbul edildi. Burada 5 ilə yaxın səfir vəzifəsində çalışdım. O zaman baş nazirimiz, hazırkı cümhurbaşkanımızın protokol müdiri idim, dünyanın hər yerinə gedə bilirdim. Amma dedim ki, məndə işçi ruhu var, gedim, öz millətimə xidmət edim. Ona görə də Azərbaycanı seçdim”.

Bu sözləri Türkiyənin Azərbaycandakı sabiq səfiri sayın Hulusi Kılıç Agsaqqallar.com saytının əməkdaşları ilə söhbət zamanı deyib. O, qeyd edib ki,  Parisə də, İtaliyaya da gedə bilərdim, amma mən Parisin gözəlliyini də burada yaşadım. Bu baxımdan mənimçün Azərbaycan çox fərqlidir. Diqqət etmisinizsə, mən hər zaman eyni cizgidə yürümüşəm, həyatımda heç bir ziq-zaq olmayıb. Mənim can Azərbaycanımdır.

“Mən burada uşaqlığımı yaşadım. Anam məni Azərbaycan türkcəsi ilə böyütdü. Anam mənə deyərdi ki, “get, üzünü yu!”, “gəl, səni çimdirim”, “get, mən arxandan gəlib çataram”. Yəni mən burada keçmişi, uşaqlığımı yaşadım. Anam Anadoluda bir kənddə yaşamışdı. Bizim Ankara, İstanbul böyük şəhərdə danışılan türkcə ilə Anadolunun, Tokatının dili fərqlidir. Mən Tokat rayonunun Köklü kəndində doğulub böyüdüm. Anam məni Azərbaycan türkcəsi, əsas türkcə ilə böyütdü. O mənada mən burada uşaqlığımı və gəncliyimi yaşadım. Burada olduğumuz zaman rayonların hamısına getdim. Gəncəyə, Şəkiyə, Mingəçevirə getdim, orada daha çox İstanbulun xaricindəki Anadolu dediyimiz bölgələrlə eynilikləri müşahidə etdim”.

Hulusi Kılıç söhbətində bildirib ki, Türkiyə-Azərbaycan birliyini, qardaşlığını istəməyənlər var, bunu normal qarşılamaq lazımdır. Amma həm Türkiyə, həm Azərbaycan olaraq, cümhurbaşqanlarımızın getdiyi yol çox yaxşı bir yoldur.

“Bu yol davam edəcək, daha da inkişaf edəcək, güclənəcək. Mən daim bunu söylədim: Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan bizim qardaşlarımız, amma Azərbaycan Türkiyənin əkiz qardaşıdır. Ona görə də biz bir-birimizə çox yaxınıq. O baxımdan Azərbaycanın yüksəlişi, inkişafı Türkiyənin inkişafıdır”-deyə H. Kılıç vurğulayıb.

Onu da qeyd edəkki, sayın sabiq səfir “Türk dünyası ağsaqqalları” qəzetinin təşkil etdiyi tədbirlərə hər zaman qatılaraq, tədbirimizi dəyərləndirmiş və şərəfləndirmişdir.

Agsaqqallar.com

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR