TAİB-in Gənclər Təşkilatı növbəti rübdə görüləcək işləri müzakirə ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Türk Ağsaqqalları Birliyi-TAİB-in mərkəzi ofisində birliyin Gənclər Təşkilatının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan GT sədri, ictimai fəal Sübhan Xıdırzadə ötən rübdə həyata keçirdikləri tədbirlərdən söz açıb, qazanılmış uğurlara görə təşkilat üzvlərinə təşəkkürünü bildirib.

Çıxış edən gənc üzvlər növbəti rüb üçün ideya və təkliflərini irəli sürüblər.
İclasda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün təşkilat rəhbərliyi tərəfindən lazımı səviyyədə dəstəyin göstərildiyi də vurğulanıb.

Gənclər əsasən, Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyi, həmçinin qardaş Türkiyə Cümhuriyyətinin 100-illiyi ilə bağlı tədbir və layihələrin böyük önəm daşıdığını vurğulamış, növbəti tədbirin vaxtı barədə müzakirələr aparmışlar.
Təşkilatın hal-hazırda davam edən layihələri haqqında danışan çıxışçılar əvvəlki dövrdəki fəaliyyətlərinin də qənaətbəxş olmasından danışıblar. Gənclər bildiriblər ki, rəhbərliyin onlara olan etimadını doğruldaraq təşəkkürnamələrə layiq görülmələri həyata keçirilən işlərdə onlara böyük stimul verir.

Qeyd edək ki, hal-hazırda gənclərin böyük maraqla üzv olduğu TAİB-in Gənclər Təşkilatı daha çox gənclə çalışmaq və başqa gənclər təşkilatları ilə əməkdaşlığı artırmaq üçün, yeni strukturlarını formalaşdırmaq üçün vacib qərarlar qəbul edərək TAİB rəhbərliyinə təqdim ediblər.

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR