Hulusi Akardan Qarabağdakı Ortaq Mərkəzlə bağlı AÇIQLAMA: “Generallarımız və işçilərimiz oradadır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında Qarabağda yaradılacaq Ortaq Mərkəz barədə danışıb.

“Akşam Gazetesi” xəbər verir ki, o, Ortaq Mərkəzin Ağdamda qurulacağını deyib.

“Ağdam Dağlıq Qarabağdakı Ortaq Mərkəz ərazisi təyin edilib. İnşaat işləri davam edir. Generallarımız və 100-ə yaxın işçimiz oradadır.

Onlar həm təlim keçirlər, həm də iki xüsusi mina axtarış qrupu (ÖMAT) ərazini minalardan təmizləyəcək. Atəşkəsə böyük ölçüdə riayət edilir. Ruslar buna diqqətli yanaşırlar”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR