Kəlbəcər minalardan təmizlənir? – RƏSMİ AÇIQLAMA
“Hazırda Kəlbəcərdə mina təmizləmə işləri aparılmır”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.
Onun sözlərinə görə, mina təmizlənməsi tədbirlər planına uyğun şəkildə aparılır.
Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəli ərazilər sayılır.
İ.İsmayılov vurğulayıb ki, Şuşaya gedən yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsi işlərinə başlanıb.