Çavuşoğlu: “Qəhrəman Azərbaycan ordusu və xalqı ilə qürur duyuruq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Biz qəhrəman Azərbaycan ordusu, Ali Baş Komandan və onu dəstəkləyən xalqı ilə qürur duyuruq”.

Bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan gücünü bütün dünyaya, dosta və düşmənə göstərdi:

“Bu, böyük bir zəfərdir. Yaralılara şəfa diləyirəm, eyni zamanda, öz torpaqlarını azad etmək üçün şəhid olan şəxslərə, həyatını itirən mülkilərə Allahdan rəhmət diləyirəm”.

“Azərbaycan ordusunun bu zəfəri bizi çox qürurlandı. Küçələrdə qələbə sevincini Türkiyədə də hər kəs paylaşdı ”, – deyə o qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR